İdman

Aerobika gimnastikası üzrə dünya çempionatında qarışıq cütlüklər arasında finalçılar məlum olub

28 May 2021 14:14
Baxış: 505
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında qarışıq cütlüklər arasında finalçılar məlum olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, finala İtaliya (22.250 xal), Rusiya (22.000 xal), Macarıstan (21.950 xal), Braziliya (21.700 xal), Bolqarıstan (21.450 xal), Rumıniya (21.400 xal), İtaliya 2-ci cütlük (21.250 xal) və Ukraynadan (20.750 xal) olan cütlüklər çıxıb.

Qeyd edək ki, aerobika gimnatikası üzrə 16-cı dünya çempionatı mayın 29-dək davam edəcək.

Yarışda 22 ölkədən 166 idmançı çıxış edir.

3 gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Azərbaycanı yarışlarda Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Nurcan Cabbarlı, Akif Kərimli, Elçin Məmmədov və Mədinə Mustafayeva təmsil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.