İdman

"Real"dan transferlərə 150 milyon avro

28 May 2021 05:30
Baxış: 1 905
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real" yay transfer pəncərəsində komandadanın geniş miqyaslı yenidən qurulmasını planlaşdırır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,  Madrid təmsilçisi transferlər üçün 130-150 milyon avro xərcləmək istəyir. "Kral klubu" bu məbləği futbolçularının satışı yolu ilə əldə etməyi planlaşdırır.

"Real" başa çatan mövsüm icarəyə göndərdiyi futbolçuları  Luka Joviç ("Ayntraxt) və Dani Sebalyosın ("Arsenal") satışından ümumilikdə 50 milyon avro alacağını ümid edir. Klub Mariano Diası da 15 milyon avroya satmağı düşünür.

"Roma"nın "Real"dan icarəyə götürdüyü Borja Mayoralın alış seçimini aktivləşdirməsi gözlənilir. Klublar arasındakı icarə müqaviləsində forvardın 15 milyon avroya birdəfəlik alına biləcəyi yer alıb.

Bundan başqa, Madrid təmsilçisi futbolçusu Eden Hazard üçün 50 milyon avroluq təklif göndəriləcəyi təqdirdə, bunu müzakirə edəcək. Klubun Marko Asensionu da satış seçimi istisna deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.