Dünya

Qırmızı bülletenlə axtarılan "Don Vito" bu ölkədə saxlanıldı

11 Oktyabr 2025 11:20
Baxış: 495
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyə Daxili İşlər Nazirliyi və beynəlxalq tərəfdaşların birgə əməliyyatı nəticəsində qırmızı bülletenlə axtarılan "Don Vito" ləqəbli narkobaron Abdullah Alp Üstün və təşkilat üzvü Həsən Lalə Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə gətirilib.

Milli.Az xəbər verir ki, Türkiyə daxili işlər naziri Əli Yerlikaya rəsmi X hesabında yayılan açıqlamada bildirib ki, əməliyyat Təhlükəsizlik Baş İdarəsinin İnterpol-Avropol Departamenti, Narkotiklərlə Mübarizə və Kəşfiyyat Müdirlikləri, BƏƏ təhlükəsizlik bölmələri və İstanbul İl Polis İdarəsinin birgə səyləri ilə həyata keçirilib.

Nazirin məlumatına görə, Abdullah Alp Üstünə qarşı "cinayətdən əldə edilmiş əmlakın yuyulması, narkotik və ya stimullaşdırıcı maddələrin qanunsuz dövriyyəsi və ya tədarükü, cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq" ittihamları ilə qırmızı bülleten verilib. 

Əməliyyatın detalları və saxlanılan şəxslərin hüquqi vəziyyəti ilə bağlı istintaq davam edir. Rəsmi mənbələr onların ekstradisiya və təhvil verilmə prosesinin BƏƏ ilə koordinasiyalı həyata keçirildiyini bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.