Bu gün Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində 3-cü tur matçına çıxıb.
Milli.Az xəbər verir ki, Rəşad Eyubovun komandası səfərdə Çexiya ilə qarşılaşıb.
Karvina şəhər stadionunda keçirilən matç yığmamızın 0:5 hesablı məğlubiyyəti ilə bitib.
Qeyd edək ki, millimiz bunadək səfərdə Portuqaliyaya 0:5 hesabı ilə uduzub, Bakıda Bolqarıstanla 1:1 hesablı heç-heçə edib.
Avropa çempionatı, seçmə mərhələ
10 oktyabr
20:00. Çexiya U-21 - Azərbaycan U-21 - 5:0
Qollar: Lukaş Maşek, 40, 59, 75, Lukas Ambros, 55, Planka, 85
Baş hakim: Yovan Kaçevski (Şimali Makedoniya)
Karvina şəhər stadionu
22:30. Portuqaliya - Bolqarıstan
9 oktyabr
Şotlandiya - Cəbəllütariq - 12:0
Milli.Az