İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
AFFA üç yol ayrıcında qaldı! - TƏHLİL
29 Aprel 2010 16:27
Baxış: 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün AFFA İcraiyyə Komitəsinin çoxdan gözlənilən iclası baş tutdu. Bu iclasın maraqla gözlənilməsinin əsas səbəbi Unibank Premyer Liqasının formatının müzakirəyə çıxarılması idi. Ötən ay jurnalistlər önünə çıxan AFFA prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, çempionatın yeni formatı məhz bu iclasda müzakirə ediləcək və yekun qərar qəbul olunacaq.
Üç yol ayrıcında...
Amma İcraiyyə Komitəsi yenə də formatla bağlı qeyri-müəyyənliyi saxladı. Jurnalistlər komitənin iclasından erkən çıxarıldığından, hətta AFFA binasından kənarlaşdırıldığından içəridə aparılan müzakirələr və səslənən fikirlər barədə heç bir məlumat yoxdur. Amma komitənin Premyer Liqanın yeni formatı ilə bağlı qərar qəbul edə bilmədiyi dəqiqdir. Qurumun rəsmi saytının yaydığı xəbərə görə, bu məsələ cari mövsümün sonunda yenidən müzakirə ediləcək.
Qərarın bu gün qəbul olunmamasının səbəbinə gəlincə, deyilənə görə, AFFA rəhbərliyi bu məsələdə yekun qərar verə bilmir. Çünki hazırda bir neçə variant var. İlk variant 12 komandanın iştirakı ilə dörd dövrəli çempionatın keçirilməsi ilə bağlıdır. Digər variantda isə Premyer Liqanın 14 komandanın iştirakı ilə keçirilməsi nəzərdə tutulur. Eyni zamanda hazırkı format - "altılıq" sisteminin saxlanılması da mümkündür. Amma məsələ təkcə üç sistem arasında seçim etməyin çətinliyindən getmir. Məsələ ondadır ki, qurum daxilində hər sistemin öz nüfuzlu tərəfdarları var. Məhz bu məqam AFFA rəhbərliyinin yekun qərar verməsinə əngəl törədir.
Səslənən təkliflərin mahiyyəti haqqında AFFA-nın baş katibi Elxan Məmmədovun açıqlaması da təxminlərimizin doğru olduğunu təsdiqləyir.
Baş katib jurnalistlərə açıqlamasında bildirib ki, İcraiyyə Komitəsinin iclasında 12 komandadan ibarət dörddövrəli çempionatın keçirilməsi ilə bağlı təkliflər səslənib.
"Müzakirələrdə həmçinin hazırkı "altılıq" formatından danışılıb. "Altılıq" formatının müsbət və mənfi tərəfləri qeyd olunub. Bu formatın müsbət tərəfi odur ki, çempionat gərgin keçir. Götürək, "Xəzər Lənkəran" - "İnter" matçını. Bu, bəlkə də mövsümün oyunu idi. Formatın mənfi tərəfi isə ikinci "altılıq"a marağın olmaması və ya az olmasıdır. İkinci "altılıq"ın oyunları televiziyada canlı nümayiş etdirilmir. İclasda bütün bunlar geniş müzakirə edilib", - Məmmədov deyib.
Məmmədovun sözlərinə görə, çempionatın formatı ilə bağlı hələlik yekun qərar verilməyib.
"Bununla bağlı son söz hazırkı çempionat bitəndən sonra veriləcək", - baş katib vurğulayıb.
Məmmədov növbəti çempionatda hazırda birinci liqada mübarizə aparan komandaların da iştirak etmək istədiklərini deyib.
Hakimlərə senzura?
Komitənin iclasında müzakirə olunan digər məsələ isə hakim-məşqçi münasibətləri olub. Belə ki, Premyer Liqa klublarının baş məşqçilərinin oyunsonrası mətbuat konfranslarında hakimlərlə bağlı fikir səsləndirməsi komitə üzvlərinin narahatçılığına səbəb olub və onlar baş məşqçilərə hakimliklə bağlı fikir bildirməməyi tövsiyyə ediblər. AFFA bu qərarı ilə bir çox suallaraın yaranmasına rəvac vermiş oldu. Hər halda, baş məşqçilərə hakimlərlə bağlı senzura tətbiq etmək heç də birmənalı qarşılanmayacaq. Maraq üçün xatırladaq ki, bir neçə il öncə AFFA çempionat oyunları zamanı azarkeşlərə "İstefa" şüarını səsləndirməyi də qadağan etmişdi.
İcraiyyə Komitəsinin qərarlarından biri də U-14 liqasının yaradılması ilə bağlı olub. Qərara əsasən yeni mövsümdən etibarən 14 yaşlı futbolçulardan ibarət komandalar arasında da çempionat keçiriləcək. Belə bir çempionatın keçirilməsi tədqirəlayiq hal sayılsa da, AFFA rəhbərliyinin qərarının yerinə düşmədiyini də deyə bilərik. Belə ki, U-14 liqası əvəzinə, U-16 liqasının yaradılması daha yaxşı hal olardı. Çünki hazırda ölkəmizin 16 yaşlılardan ibarət yığma komandası fəaliyyət göstərir. U-16 liqası da məhz bu komanda üçün futbolçu yetişdirə bilərdi. U-14 liqasında oynayacaq uşaqlara gəlincə, onlar üçün onsuz da U-15 liqası fəaliyyət göstərir.
Pərvin Kazımoğlu
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
"Yuventus" millimizin futbolçusuna "elçi düşdü"
-
“Xankəndi” FK-nın doğma şəhərinə köçürülməsi planlaşdırılır
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
“Real Madrid”in sabiq hücumçusu İspaniya klubunu çalışdıracaq
-
Xankəndi stadionunda keçiriləcək ilk rəsmi oyun bu tarixdə olacaq
XƏBƏR LENTİ
-
Sərxan Kərəmoğlu özünə qəbir qazdırıb, məqbərə tikdirdi - (Video)
-
BDU-da tələbələr dərsdə domino oynadılar - (Video)
-
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
Vəfa Şərifova sevgilisi ilə görüntüsünü paylaşdı - (Video)
-
"Yuventus" millimizin futbolçusuna "elçi düşdü"
-
Aparıcı Çinarə qızı üçün aldığı evi nümayiş etdirdi – (Video)
-
Astarada sərnişin mikroavtobusu aşdı - 10-dan çox yaralı var - (Yenilənib)
-
20 hərbçinin həlak olduğu təyyarə qəzasından bir il ötür
-
Bu rayonlarda kommunal ödənişlər azaldıla bilər
-
Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - (Video)
-
Ayın 12-də 14 dərəcə şaxta olacaq - Proqnoz verildi
-
“Xankəndi” FK-nın doğma şəhərinə köçürülməsi planlaşdırılır
-
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - (Foto)
-
Səday Alıyev məhkəmədə ittihamı qəbul etmədi
-
Azərbaycanlı aktyor Hollivud filminin ssenarisini dəyişdi - 25 yaşlı gəncin xarici mediaya müsahibəsi - (Foto)
-
Bəzi işçilərin maaşı saatla hesablanacaq - Yeni qayda açıqlandı
-
İrandan Azərbaycana 34 kq narkotik keçirilməsinin qarşısı alınıb
-
Bakıda torpaq almaq istəyənlərin diqqətinə: Qiymətlər yenidən artdı
-
Məsud Pezeşkian da Türkiyədədir
-
Hansı müəllimlərin maaşı artacaq?
-
Şahrux Xan 61-ci doğum gününü belə keçirdi - (Video)
-
44 yaşlı şöbə rəisi qəfil vəfat etdi - (Yenilənib)
-
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib
-
Azərbaycanda maaşlar artdı