İdman

Paytaxt klubunda yeni baş məşqçi

24 May 2021 23:25
Baxış: 854
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın "Spartak" (Moskva) komandasının yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az matc.az-a istinadən bildirir ki, paytaxt təmsilçisini bundan sonra Ruy Vitoriya çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bu postda Domeniko Tedeskonu əvəzləyən portuqaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Rusiya mətbuatının iddiasına görə, 51 yaşlı mütəxəssis paytaxt klubunda köməkçiləri ilə birlikdə illik 3.5 milyon avro qazanacaq.

Qeyd edək ki, Ruy Vitoriyanın son komandası Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr" olub. O, daha öncə ölkəsində "Pasuş de Ferreyra", "Vitoriya Gimaraynş", "Benfika" kimi komandaları da çalışdırıb. Təcrübəli mütəxəssis "Benfika" ilə iki dəfə Portuqaliya çempionu olub, eləcə də başqa titullar qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.