İdman

11 ildən sonra yenidən Premyer Liqada

15 May 2021 19:31
Baxış: 699
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin qapıçısı Skott Karson üçün İngiltərə Premyer Liqasının 36-cı turunun "Nyukasl"la oyunu (4:3) əlamətdar olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 35 yaşlı qolkiper 11 ildən sonra ilk dəfə Premyer Liqa matçına çıxıb. O, start heyətdə meydana daxil olub.

Karson ölkə çempionatında bundan əvvəl sonuncu görüşünə  2011-ci ilin mayında "Vest Brombviç"də oynayarkən çıxmışdı.

Qeyd edək ki, ingilis qapıçı 2019-cu ildə "Derbi Kaunti"dən icarə əsasında "Mançester Siti"yə keçib. "Nyukasl"la oyun onun Mançester təmsilçisindəki ilk oyunu olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.