İdman

Canluici Buffon “Barselona” ilə müqavilə bağlaya bilər

13 May 2021 17:22
Baxış: 622
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffon yayda İspaniyanın "Barselona" komandası ilə müqavilə bağlaya bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 43 yaşlı qolkiperlə qısamüddətli anlaşmanın əldə ediləcəyi gözlənilir. Rəhbərlik italiyalı oyunçuya əsas qapıçı Mark-Andre Ter Ştegenin əvəzedicisi kimi baxır.

Qeyd edək ki, Canluici Buffon 2001-ci ildə "Parma"dan "Yuventus"a transfer olunub. 2018/2019-cu il mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra Turin klubuna qayıdıb. Buffon "Yuventus"da 683 oyunundan 322-də qol buraxmayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.