İdman

"Arsenal" bütün şansları itirdi

9 May 2021 12:27
Baxış: 930
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Arsenal" növbəti mövsüm Çempionlar Liqasında çıxış etmək şanslarını itirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, ötən gün "Çelsi"nin "Mançester Siti"yə qalib gəlməsindən (2:1) sonra dəqiqləşib. "Zadəganlar" bu görüşdə qələbə qazanmaqla 4-cü yerdən 5-ci pilləyə yüksəliblər. Sona 4 tur qalmış "Arsenal"ı ÇL-ə düşməsi üçün qərarlaşması lazım olan 4-cü yerdən və "Lester Siti"dən 14 xal ayırır. Beləliklə, "topçular" qalan bütün matçlarda qalib gəlsələr belə, turnirə vəsiqəni təmin edə bilməyəcəklər. Bununla da klub ardıcıl 5 mövsüm Çempionlar Liqasından kənarda qalacaq.

Qeyd edək ki, "Arsenal" hazırda sıralamada 49 xalla 10-cudur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.