İdman

Zinəddin Zidan “Real”dan ayrılacaq

9 Aprel 2021 11:34
Baxış: 1 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zinəddin Zidan mövsümün sonunda "Real"dan ayrılmağı ciddi şəkildə düşünür.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,, bu qərarın səbəbi kimi ağır mövsüm üzündən fransalı mütəxəssisin həm psixoloji, həm də fiziki yorğunluğu göstərilib.

Hazırda 48 yaşlı çalışdırıcının xidmətində "Yuventus" maraqlıdır. Turin təmsilçisi hətta onunla əlaqə saxlayaraq, niyyətini də çatdırıb. Zidanın komandası hazırda İspaniya La Liqasında turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır. "Kral klubu" eyni zamanda Çempionlar Liqasında yoluna davam edir.

Qeyd edək ki, bir neçə aylıq fasiləni nəzərə almasaq, Zidan 2016-cı ildən "Real"ı çalışdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.