İdman

AFFA 3 ildə 3 stadion tikəcək

28 Aprel 2010 14:39
Baxış: 168
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Premyer Liqanın yeni formatı ilə bağlı müxtəlif variantlar var. Ötən il "altılıq" sistemini yaratdıq. Bunu istəməyənlər onda da var idi, indi də var. "Altılıq" sistemi Azərbaycanda futbolun, klubların inkişafına təkan verdi. Artıq çempionatın bitməsinə çox az qalıb, ancaq çempionun hansı klub olacağı bilinmir. Bu isə oyunlara maraq yaradır". Fanat.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

AFFA başçısı yeni stadionların tikilməsilə bağlı da danışıb: "AFFA tərəfindən 2012-ci ilə kimi üç stadion tikilib-təhvil veriləcək. Mərdəkan qəsəbəsindəki "Dalğa" sanatoriyasının ərazisində olan stadion 5000 azarkeş tutacaq. Dövlət Neft Şirkətinin Bayıl qəsəbəsindəki köhnə stadionu AFFA-ya 50 illik icarəyə verilib. Bu arena yenidən və muasir standartlara uyğun qurulacaq. Həmçinin 8-ci kilometr qəsəbəsindəki yeni stadionun da tikintisi başlayıb və işlər 2012-ci ilədə yekunlaşacaq. Bu arena 12-15 min azarkeş tutuman malik olacaq. Eyni zamanda ilin axırında cənab prezidentin göstərişi ilə Dövlət Neft Şirkəti "Neftçi" İdman Sağlamlıq Mərkəzində böyük bir olimpiya stadionu layihələndirib. Arena 60 min azarkeş tutacaq".

/Fanat.az/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.