İdman

Şəhriyar Məmmədyarov tarixi “13-lük”də yer alıb

3 Aprel 2021 17:36
Baxış: 1 270
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

FİDE reytinqi ilə bağlı maraqlı tarixi göstəricilər açıqlanıb.

Milli.Az bildirir ki, indiyədək yalnız 13 şahmatçı 2800 səddini adlayıb.

Onlardan biri Azərbaycan qrossmeysteridir. Bu, Şəhriyar Məmmədyarovdur. Həmyerlimiz 2820 xalla tarixin 6-cıdır. 

2800-ü fəth edən ilk şahmatçı Harri Kasparov olub. O, 1990-cı ilin yanvarında bunu bacarıb. Azərbaycan şahmat məktəbinin yetirməsi olan erməni qrossmeyster 1999-cu ildə əmsalını 2851-ə yüksəldib.

Bu rekordu yalnız Maqnus Karlsen qırıb. Hazırkı dünya çempionu iki rekorda malikdir. Norveçli ən yüksək reytinqə - 2882-yə imza atıb. O, 2800-ü ən gənc - 18 yaşında arxada qoyub.

Maraqlıdır ki, 13 qrossmeysterdən 5-i müxtəlif illərdə dünya çempionu adını qazanıb. Maqnus Karlsen, Harri Kasparov, Vişvinatan Anand, Vladimir Kramnik və Veselin Topalov taca sahib olub.

5 şahmatçı isə hazırda 30 və ya daha aşağı yaşdadır. Bunlar Maqnus Karlsen, Fabiano Karuana. Uesli So, Maksim Vaşye-Laqrav və Din Lirendir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.