İdman

UEFA-dan İstanbulda keçiriləcək ÇL finalı üçün yenilik

28 Mart 2021 11:22
Baxış: 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA rəhbərliyi Çempionlar Liqasının bu mövsüm İstanbulda keçiriləcək finalında azı 9 min azarkeşin iştirakını təmin etmək niyyətindədir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hazırda hər iki komandanın fanatlarının həlledici oyunu izləyə bilməsi üçün müxtəlif təkliflər planı hazırlanır.

Buna misal olaraq biletlərin onlayn şəkildə satılması üçün ağıllı mobil sistemin hazırlanmasıdır.

Qeyd edək ki, 2020-ci ildə ÇL finalının İstanbulda təşkil edilməsi planlaşdırılsa da, sonda koronavirus pandemiyası səbəbindən həlledici oyun Portuqaliyanın paytaxtı Lissabonda keçirildi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.