İdman

FİFA transferlərdə yaş limitini dəyişir

27 Mart 2021 16:16
Baxış: 1 016
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gənc futbolçuların transferi ilə bağlı yaş limiti dəyişdirilir.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, bunu Braziliya Futbol Konfederasiyasının prezidenti Rojerio Kabolko açıqlayıb.

O, A və B seriyası klubları ilə görüşündə bildirib ki, FİFA oyunçuların Avropa klublarına satışı və keçidi üçün yaş limitini 16-ya endirəcək. Hazırkı qaydalara əsasən 18 yaşadək oyunçular istisna hallarda azad agent və ya icarə yolu ilə ölkə xaricinə transfer oluna bilər.

Karolko FİFA-nın yeniliyinin tezliklə qüvvəyə minəcəyini, lakin konfederasiyanın buna qarşı mübarizə aparacağını da qeyd edib. Çünki belə addım Braziliya klublarına ciddi maliyyə zərbəsi vuracaq. Avropa klubları cənubi amerikalı istedadları daha gənc, yəni nisbətən ucuz qiymətə heyətinə qatacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.