İdman

Zaqreb “Dinamo”sunun baş məşqçisi azadlıqdan məhrum edildi

16 Mart 2021 17:44
Baxış: 710
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xorvatiyanın "Dinamo"(Zaqreb) futbol klubunun baş məşqçisi Zoran Mamiç 4,8 müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Xorvatiya Ali Məhkəməsi məlumat yayıb.

Məlumatda həmçinin qeyd olunur ki, Zoran Mamiçin qardaşı, "Dinamo" (Zaqreb) klubun idman direktoru vəzifəsində çalışmış Zdvarko Mamiçə isə 6,5 il həbs cəzasına layiq görülüb.

Hər iki şəxs korrupsiya və mütəşəkkil cinayətkarlıq ittihamları ilə bağlı istintaqa cəlb edilib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.