"Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 28-ci turda "Vest Hem"i qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Mançester Yunayted" - "Vest Hem" - 1:0
Qol: Douson, 53-avtoqol
Bu qələbə ilə xalını 57-yə yüksəldən Mançester təmsilçisi turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Mançester Siti" 71 xalla 1-ci, "Lester" 56 xalla 3-cüdür.
Milli.Az