"Mançester Yunayted" avtoqolla qalib gəldi

15 Mart 2021 08:58

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 28-ci turda "Vest Hem"i qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Mançester Yunayted" - "Vest Hem" - 1:0
Qol:
 Douson, 53-avtoqol

Bu qələbə ilə xalını 57-yə yüksəldən Mançester təmsilçisi turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Mançester Siti" 71 xalla 1-ci, "Lester" 56 xalla 3-cüdür.

Milli.Az