İdman

Uels yığmasının baş məşqçisi zorakılığa görə işindən qaldı

10 Mart 2021 18:31
Baxış: 716
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uels millisinin baş məşqçisi Rayan Giqqz işindən müvəqqəti kənarlaşdırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat Uels Futbol Assosiasiyasının saytında yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 47 yaşlı R.Giqqzi Robert Peyc əvəz edəcək.

Xatırladaq ki, Mançester Yunayted"in əfsanəvi futbolçusu və Uels yığmasının baş məşqçisi Rayan Giqqz ötən ilin noyabr ayında sevgilisi Keyt Qevilə fiziki zorakılıq tətbiq etməkdə ittiham olunaraq saxlanılmışdı.  

Hüquq-mühafizə orqanları tərəfindən dindirilən R.Giqqz girov pul müqabilində istintaqın sonunadək sərbəst buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.