İdman

Linqardın satış qiyməti müəyyənləşdi

1 Mart 2021 17:49
Baxış: 681
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Yunayted" futbolçusu Cesi Linqardın satış qiymətini müəyyənləşdirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" hazırda icarə əsasında "Ves Hem"də çıxış edən 28 yaşlı yarımmüdafiəçi üçün 20 milyon avrodan çox məbləğ tələb edəcək.

"Vest Hem" oyunçunu 15 milyon avro qarşılığında birdəfəlik transfer etmək istəsə də, ingiltərəli futbolçunun icarəsindən 1,5 milyon avro qazanan "Mançester Yunayted" buna razı olmayıb. 

Həmçinin daha bir versiyaya görə, Ole Qunnar Sulşer qarşı tərəfin oyunçusu Deklan Raysı komandasında görmək istəyir və bu keçidin şərtlərinə Linqardı da daxil etməyi düşünür.

Qeyd edək ki, yanvar ayından "Vest Hem"də oynayan Linqard bu müddət ərzində Premyer Liqada 5 matça çıxaraq, 3 qol vurub və 1 qolun ötürməsini verib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.