"Bavariya" futbolçusu Camal Musiala ilə müqavilənin müddətini uzadıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu gün 18 yaşını qeyd edən yarımmüdafiəçi ilə 5 illik yeni müqavilə imzalanıb. O, yeni sözləşmə ilə ilinə 5 milyon avro qazanacaq.
Qeyd edək ki, Musiala bu mövsüm Bundesliqada çıxdığı 16 matçda 3 qol vurub.
Milli.Az