Ad günündə "Bavariya" ilə müqavilə imzaladı

27 Fevral 2021 09:24

"Bavariya" futbolçusu Camal Musiala ilə müqavilənin müddətini uzadıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu gün 18 yaşını qeyd edən yarımmüdafiəçi ilə 5 illik yeni müqavilə imzalanıb. O, yeni sözləşmə ilə ilinə 5 milyon avro qazanacaq.

Qeyd edək ki, Musiala bu mövsüm Bundesliqada çıxdığı 16 matçda 3 qol vurub.

Milli.Az