"Azərbaycan millisi bu şansdan istifadə edə bilmədi" - Nikola Yurçeviç
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Nikola Yurçeviç qol.az-a müsahibə verib
- Azərbaycan milli komandasından ayrıldıqdan sonra işləriniz necə gedir?
- Doğma şəhərim Zaqrebə qayıtdım. "Covid-19" pandemiyası burdan da yan keçmədi. Deyərdim ki, həyat tamamilə dayanmışdı. İndi vəziyyət düzəlməyə doğru gedir. Mənim futbolda geniş əlaqələrim var, təkliflər olub, lakin ən yaxşı və əlverişlisini gözləyirəm. Ümid edirəm ki, 2-3 ay sonra yeni komandama qovuşacağam.
- Millimizin son oyunlarını izləmisiniz? Nə kimi dəyişikliklər görürsünüz?
- Bəli, bütün oyunları izləyirəm. Bir çox oyunçu mənim vaxtımda necə çıxış edirdilərsə, indi də elə oynayır.
Bu dəfə Premyer Liqadan olan bir neçə yeni sima gördüm. Etiraf edək ki, Millətlər Liqası Avropa çempionatı kimi güclü deyildi, bərabər rəqiblərlə oynamaq Azərbaycana çətin olmamalı idi. Təəssüf ki, Azərbaycan bu şansdan istifadə edə bilmədi. Onu da qeyd edərdim ki, liqada Lüksemburqla olan hər iki oyunda komanda istənilən kimi mübarizə apara bilmədi. Amma Kiprə qarşı yaxşı oyun nümayiş etdirdilər. Bu sözləri Monteneqro milisi üçün deyə bilmərik. Xüsusən rəqib qırmızı vərəqə alandan sonra Azərbaycanın əlinə yaxşı fürsət düşsə də, yararlana bilmədi. Eyni zamanda, onu gördüm ki, bütün matçlar fərqli idi. Komanda bəzilərində yaxşı, bəzilərində orta, bəzilərində zəif təsir bağışladı. Ümumilikdə yaxşı mübarizə aparsalar da, qol cəhətdən milli kasad idi.
- Amma xələfiniz çox iddialıdır...
- Canni De Byazi çox yaxşı məşqçidir, onun Albaniya millisinə qazandırdığı uğur buna bariz nümunədir. Azərbaycan üçün də eynisi etməyə çalışacaq, lakin bu asan deyil. Çünki çətin qrupa düşüb.
-AFFA sizə hansı vədi vermişdi, yerinə yetirmədi?
- Elə bir vəd yadıma düşmür. AFFA ilə daimi əlaqədəyik, münasibətimiz yaxşıdır. Həmişə qeyd etmişəm, Azərbaycan milli komandasında çalışmaq mənim üçün çox xoş idi.
- Azərbaycan futbolunda ümidverici nə görürsüz?
- Daha yaxşı milli komanda, umumiyyətlə, yaxşı liqaya malik olmaq üçün 8-dən çox klub olmalıdır. Bununla belə düşünürəm ki, çalışsalar, Azərbaycan futbolunu irəli apara bilərlər. Gələcək üçün yaxşı şanslar görürəm. Aşağı yaş qruplarında yaxşı futbolçular var. Xüsusən qeyd edərdim ki, Milan Obradoviç yaxşı heyət qurub. Təbiidir ki, vaxt lazımdır. Oyunlarını izləyirəm, ümid edirəm ki, zamanla hər şey yoluna düşəcək.
- Azərbaycanda hansı maraqlı məqamlar yadınızda qalıb?
- Çoxdur, amma ən yadda qalan Xorvatiya ilə görüş oldu. Dünyanın vitse-çempionu ilə 1:1 bərabərə qalmaq yaxşı nəticə idi. İlk oyunda da yaxşı çıxış etdik. Macarıstan matçını qeyd edərdim, son dəqiqələrdə vurduğumuz təmiz qolu hakim qeydə almadı. Şəxsi həyata gəldikdə, ailəmlə birlikdə Bakının demək olar bütün görməli yerlərini gəzdik, çox gözəl vaxt keçirdik. Heç vaxt unutmaram, Qəbələ gözəl yerdir. Amma Bakı mənim üçün tamam başqa şəhərdir. Oranı sevdim.
- Azərbaycan sizə nə qazandırdı?
- Bayaq dediyim kimi, Azərbaycan millisinin baş məşqçisi olduğum üçün fəxr etdim. Özünüz də şahid oldunuz ki, bəzi oyunlarda bəxtimiz gətirmədi. Bu da az xal qazanmağımıza səbəb oldu. Amma biz çox sərt rəqib idik.
Azərbaycanda gözəl dostlar qazandım, gözəl şəhər və gözəl ölkədə yaşadım. Təklif gəlsə, yenə gəlib orada çalışaram.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
-
"Formula 2" üzrə birinci əsas yarışın qalibi mükafatlandırıldı
-
"Formula 2": Birinci əsas yarışın qalibi bəllidir - Yenilənib
-
Zidan Arda Güler və Bellinqem arasında seçimini etdi
-
"Şəfa" Tiaqo Silvanı transfer etdi
XƏBƏR LENTİ
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
-
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
-
"Formula 2" üzrə birinci əsas yarışın qalibi mükafatlandırıldı
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
Ovni Muradov nazir təyin edildi
-
İdmançı Əmrah Nağıyev həbs edildi
-
Prezidentin "general-leytenant" rütbəsi verdiyi Allahverən İsmayılov kimdir? - Dosye
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
-
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər
-
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verilib
-
"Formula 2": Birinci əsas yarışın qalibi bəllidir - Yenilənib
-
Ət qiymətləri ilə bağlı nazirdən açıqlama
-
Zərifə Nəcəfova vəfat etdi
-
İşimizi şansa buraxmayaq! Avtomobilinizin şassi nömrəsini (VIN) yoxlamaq təhlükəsizliyiniz üçün niyə vacibdir?





