İdman

"Bavariya"nın oyununu izlədikdən sonra..." - Qvardiola

25 Fevral 2021 15:36
Baxış: 988
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/8 finalında Münhenqladbax "Borussiya"sına 2:0 hesabı ilə qalib gəldikləri ilk matçı şərh edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, yaxşı oynadıqlarını bildirib: "Oyunu idarə etdik və rəqibə sonda şans verdik. Təəssüf ki, şansların reallaşması ən yaxşı deyildi, xüsusən qapıçı ilə təkbətək qalarkən. Bunu təkmilləşdirilməliyik. Bu turnir mükəmməl olmalı olduğumuz yerdir".

Qvardiola  Çempionlar Liqasını qazanmaq üçün favorit olub-olmadıqları ilə bağlı sualı belə cavablandırıb: "Ötən gün "Bavariya"nın "Latsio" ilə matçını izlədikdən sonra Çempionlar Liqasında favorit olduğumuzu düşünmürəm. Ancaq insanlar sizi favorit göstərirsə, bunu qəbul etməlisiniz. Amma komanda tarixində bir dəfə yarımfinala yüksəlib"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.