İdman

Çempionlar Liqasının final oyunlarının yeri dəyişdirildi

23 Fevral 2021 22:44
Baxış: 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futzal üzrə Çempionlar Liqasında 2020/2021 mövsümünün final oyunlarının ev sahibliyi  Belarusun paytaxtı Minskdən alınıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Belə qərar verilməsinə  koronavirusla bağlı ölkədəki epidemioloji vəziyyət və səyahət məhdudiyyətləri səbəb olub.

UEFA bəzi komandaların və rəsmi şəxslərin həlledici raundun matçlarında iştirakının mümkünsüzlüyünü nəzərə alıb və matçın yerinin dəyişdirilməsinə qərar verib.

Belarus Futbol Federasiyası ilə müzakirədən sonra qurum  final mərhələsinin oyunlarını Xorvatiyanın paytaxtı Zaqrebə təyin edib.

Qeyd edək ki, matçlar 28 aprel - 3 mayda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.