İdman

Mourinyo istefaya göndərilsə...

19 Fevral 2021 13:49
Baxış: 863
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tottenhem" baş məşqçisi Joze Mourinyonun istefaya göndəriləcəyi halda onun yerini tutacaq namizədlərin siyahısını hazırlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda sport.es saytı məlumat yayıb. Mənbə bildirib ki, namizədlər arasında "Lester"in çalışdırıcısı Brendar Rodcers və "RB Leyptsiq"dən Yulian Naqelsman var.

Qeyd edək ki, London klubu İngiltərə Premyer Liqasında son 5 oyunun 4-də uduzub. 23 oyundan 36 xalı olan Mourinyonun komandası hazırda 10-cu yeri tutur. Komanda avroliqaya vəsiqə verən zonadan 6 xal geridədir. Bundan başqa, klub İngiltərə kubokunda mübarizəni 1/4 finalda dayandırıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.