İdman

Özil Neymarın rekordunu yenilədi

15 Fevral 2021 21:10
Baxış: 861
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Məsut Özil komandaya xeyir verməyə başlayıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, 32 yaşlı yarımmüdafiəçinin müqavilə imzalanma tədbirində qol çəkdiyi üç forma auksionla ümumilikdə 36 min 50 avroya satılıb.

Arxasında 67 rəqəmi və Özilin adı yazılan "zolaqlı" forma 26 min, "qızılı" forma 4800, "lacivərd" forma isə 5250 avro qarşılığında yeni sahibinə təqdim olunub.

Bununla Özil Fransanın PSJ klubunun hücumçusu Neymara məxsus rekordu yeniləyib. Braziliyalı forvardın auksiona çıxarılmış PSJ forması 13 min avroya satılmışdı.

Qeyd edək ki, yanvarda "Fənərbaxça" ilə 3,5 illik müqavilə imzalayan Məsut Özil artıq 4 matçda iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.