İdman

Ançelottinin evindən seyf oğurlandı

13 Fevral 2021 14:06
Baxış: 595
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Everton" klubunun baş məşqçisi Karlo Ançelotti xoşagəlməz hadisə ilə üzləşib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, italiyalı mütəxəssis qarətçilərin qurbanı olub.

Hadisə Mersisaydda yerləşən Blundelsandsedə baş verib. Maskalı iki şəxs Ançelottinin evinə girib.

Mütəxəssis hadisə zamanı evdə olmayıb. Onun qızı qarətçiləri qorxuda bilib ki, onlar da hadisə yerindən qaçıb. Lakin cinayətkarlar qaçarkən seyfi aparmağa müvəffəq olub.

Qeyd edək ki, Ançelotti 2019-cu ildən "Everton"u çalışdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.