İdman

Çempionlar Liqasının bu oyunu da neytral meydana salındı

10 Fevral 2021 18:39
Baxış: 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA-nın qərarına əsasən, Çempionlar Liqasının 1/8 final mərhələsinin "Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə) matçı Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Madrid klubunun saytı məlumat yayıb. Oyun fevralın 23-də Milli stadionda keçiriləcək.

Qeyd edək ki, görüşün neytral meydana salınmasına koronavirus pandemiyasına görə İspaniya ilə Böyük Britaniya arasında səfərlərin məhdudlaşdırılması səbəb olub. Komandalar arasında təkrar qarşılaşma isə martın 17-də olacaq.

Xatırladaq ki, UEFA daha əvvəl ÇL-in 1/8 final mərhələsinin "RB Leyptsiq" (Almaniya) - "Liverpul" (İngiltərə) görüşünün Macarıstanın Budepaşt şəhərində keçirilməsi barədə qərar verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.