İdman

Qvardiola "Liverpul"la oyun haqda - "Qorxmuruq"

7 Fevral 2021 16:11
Baxış: 694
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 23-cü turunda "Liverpul"la keçiriləcək oyun haqda fikirlərini bildirib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis "goal.com"a açıqlamasında rəqibdən çəkinmədiklərini bildirib:

"Bu oyundan qorxmuram. Əminəm ki, onlar da narahat deyil. Çünki hər bir komandada "Biz qalib gələ bilərik" fikri var. Oyunumuzun səviyyəsini qorumaq və yaxşılaşdırmaq istəyirəm.

Qalib gəlmək üçün mütləq yaxşı oynamalıyıq.  Ardıcıl 9 oyundur qalib gəldiyimiz üçün  mütləq bu dəfə də qələbə qazanmalıyıq deyə bir şey yoxdur. Unutmayaq ki, "Liverpul" son çempiondur".

Qeyd edək ki, bu gün keçiriləcək "Liverpul" - "Mançester Siti" matçı Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.