İdman

"Yuventus"dan Ronaldoya yeni təklif

4 Fevral 2021 18:09
Baxış: 1 172
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yuventus" hücumçusu Kriştiano Ronaldoya yeni müqavilə təklif etməyə hazırdır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb. Bildirilib ki, Turin klubunun rəhbərliyi portuqaliyalı hücumçunun oyunundan məmnundur. Klub onun 2023-cü ilin yayına qədər hesablanacaq yeni bir müqaviləyə layiq olduğunu düşünür. 35 yaşlı futbolçunun özü də İtaliya klubunda oynamağa davam etmək istəyir.

Qeyd edək ki, Ronaldo 2018-ci ilin yayında "Real"dan 112 milyon avroya Turin təmsilçisinə  keçib. O, bu mövsüm A Seriyasında 16 oyun keçirib, 15 qol vurub və 3 məhsuldar ötürmə verib. Forvardın "Yuventus" la hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.