İdman

Villaş-Boaş istefa verdi

2 Fevral 2021 19:14
Baxış: 755
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Marsel"in baş məşqçisi Andre Villaş-Boaş istefa verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə 43 yaşlı mütəxəssis özü bildirib.  O, bu gün istefa verdiyini deyib.

"Marsel" bu mövsüm portuqaliyalı çalışdırıcının rəhbərliyi altında Liqa 1-də 32 xal toplayıb və 9-cu pillədə qərarlaşır. 2 gün əvvəl isə azarkeşlər komandanın bu nəticəsindən narazı olduğu üçün prezident Jak-Anri Eyraudun istefasını tələb edərək, klubun bazasına hücum çəkmişdilər.

Qeyd edək ki, A.Villaş-Boaş 2019-cu ildən "Marsel"in baş məşqçisi idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.