İdman

"Milan" Donnarumma ilə yenə razılaşa bilmir

1 Fevral 2021 17:49
Baxış: 721
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Milan" qapıçısı Canluici Donnarumma ilə yeni müqavilə imzalamaq üçün razılığa gələ bilmir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 21 yaşlı qolkiper İtaliya klubundan illik 10 milyon avro maaş tələb edir. "Milan" isə bununla razılaşmır.

Lakin A seriyası təmsilçisi oyunçuya 7 milyon+1 milyon avro bonus ödəməyə hazırdır. Donnarumma isə bunu qəbul etmir.

Futbolçunun klubla hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Donnarumma bu mövsüm A seriyasında 19 oyun keçirib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.