İdman

Ceymi Vardi əməliyyat olunacaq

23 Yanvar 2021 17:45
Baxış: 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Lester" klubunun lideri Ceymi Vardi daha bir neçə həftə komandadan ayrı qalacaq.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bunu komandanın baş məşqçisi Brendon Rocers deyib.

Çalışdırıcı bildirib ki, hücumçu əməliyyat olunacaq: "Ceymi bir neçə həftə bizdən uzaq qalacaq. Hazırkı təqvim onun kiçik əməliyyat olunmasına imkan verir. Həmin əməliyyatdan sonra uzun müddət bərpa prosesi keçməsinə ehtiyac qalmayacaq. Ancaq qasıq nahiyəsindəki zədə ilə bağlı əməliyyat hələ olmayacaq".

Qeyd edək ki, cari mövsüm 18 matçda iştirak edən Ceymi Vardi 11 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.