İlin ilk oyunları - 27 günlük fasiləyə son
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sabah Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək.
Milli.Az apasport.az-a istinadla bildirir ki, iki gün davam edəcək turun oyunları ilə qış fasiləsi başa çatacaq.
Cəmi 27 gün sürən fasilədən sonra II dövrənin son turunun matçları baş tutacaq. Ötən il keçirilməli olan, lakin təxirə salınan bu qarşılaşmalar 2021-ci ilin ilk matçları olacaq.
Turun bütün oyunları Bakıda keçiriləcək. Görüşlərdən üçü ilk gündə baş tutacaq.
Çempionatın lideri "Neftçi" "Səbail"in qonağı olacaq. Ölkənin ən titullu klubunun baş məşqçisi kimi məğlubiyyət görməyən Samir Abasov yetirmələrini növbəti qələbəyə daşımaq arzusundadır. Mövqeyini qorumaq üçün "ağ-qaralar" qalib gəlməlidir. Son 5 görüşdə meydanı qolsuz tərk etməyən meydan sahibləri isə adlı-sanlı büdrətmək əzmindədir. Aftandil Hacıyevin yetirmələri ilə uğurla başlamağı hədəfləyib.
Son üç matçda qələbə nə olduğunu bilməyən "Zirə" evdə "Qəbələ"ni sınağa çəkəcək. Mükafatlara iddia edən Rəşad Sadıqovun yetirmələri liderlərdən uzaq düşməmək üçün uğursuz seriyanı qırmalıdır. Elmar Baxşıyevin yetirmələri isə məğlubiyyətsiz matçlar seriyasını 4-cə çatdırmağa köklənib.
"Neftçi"nin büdrəməsini daha çox "Qarabağ" gözləyir. Son illərin çempionu "Sabah"ın qonağı olacaq. Autsayderlə görüşün favoriti olan Qurban Qurbanovun yetirmələri zirvə mübarizəsində vacib qələbə qazanmaq istəyindədir. Bakılılar isə son sıranı tərk etmək üçün uduzmamalıdır. Visente Qomesin komandası indiyədək məğlub etmədiyi rəqiblə dueldə sindromu qırmaq əzmindədir.
Tura yanvarın 22-də yekun vurulacaq. Qələbə həsrətində olanların duelində "Keşlə" "Sumqayıt"ı qəbul edəcək. Son 6 görüşdə cəmi 2 heç-heçə ilə təsəlli tapan Ayxan Abbasovun komandası turdan-tura itirdiyi mövqeləri qaytarmaq üçün qələbəsizliyə son qoymalıdır. 4 oyundur qalıb gəlməyən paytaxt təmsilçisi təhlükəli zonadan uzaqlaşmaq niyyətindədir. Yunis Hüseynovun yetirmələri son pillələrdən uzaqlaşmaq üçün uğursuzluq zolağında olan rəqibin durumundan yararlanmalıdır.
Azərbaycan Premyer Liqası
XIV
21 yanvar (cümə axşamı)
16:00. "Zirə" - "Qəbələ"
Zirə İdman Kompleksinin stadionu
16:00. "Səbail" - "Neftçi"
"ASCO Arena"
18:00. "Sabah" - "Qarabağ"
"Bank Respublika Arena"
22 yanvar (cümə)
16:00. "Keşlə" - "Sumqayıt"
"ASK Arena"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdır
-
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
-
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
XƏBƏR LENTİ
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq





