"İşğaldan azad olunmuş Qarabağı görməyi çox istəyirəm" - Türkiyəli futbolçu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Neftçi"nin müdafiəçisi Mert Çelik klubun rəsmi saytına müsahibə verib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Bakının tarixi yerlərini kəşf etmək, işğaldan azad olunmuş torpaqlarımızı görmək istədiyini bildirən 20 yaşlı futbolçunun ən böyük arzusu Azərbaycan milli komandasının formasını geyinməkdir:
- Mert, artıq 4 aydır "Neftçi"dəsən. Azərbaycanın ən köklü klubunda özünü necə hiss edirsən?
- Sanki 4 ay deyil, 4 ildir "Neftçi"nin formasını geyinirəm. Gəldiyim gündən bəri klubun böyüklüyünü hiss edirəm. Bu forma ilə mübarizə aparmaq, bu ailənin üzvü olmaq qürurvericidir.
- Komandaya, şəhərə tam uyğunlaşa bilmisənmi?
- Klub prezidentinin, məşqçilərin və klubdakı digər çalışanların mənə qarşı isti münasibəti bura uyğunlaşmağımı çox asanlaşdırdı. Özümü evimdəki kimi hiss edirəm. Pandemiya səbəbindən gəzib görə bilmədiyim bu gözəl şəhərin tarixi yerlərini ən qısa zamanda kəşf etməyi arzulayıram. Xüsusilə, işğaldan azad olunmuş Qarabağı çox görmək istəyirəm.
- Pandemiya səbəbindən oyunlar azarkeşsiz keçirilir. Buna görə də hələ ki "Neftçi" fanatlarını görməmisən. Onlar sənə yazıb, səninlə əlaqə saxlayırlarmı?
- Ən böyük üzgünlüyüm bu böyük azarkeş ordusu qarşısında oynamamaqdır. "Neftçi" mənimlə maraqlananda azarkeşlərin videolarına baxmağa başladım. Bu məni çox həyəcanlandırdı. Azarkeşlərimiz mənə sosial şəbəkələr vasitəsilə çox dəstək verirlər. Buna görə onlara çox minnətdaram.
- Bu müddət ərzində meydana çıxdığın 6 çempionat oyununda inamlı təsir bağışlamısan. Müdafiə xəttindəki daha təcrübəli futbolçularla rəqabətdən çəkinmirsən ki?
- Hər matç daha yaxşı oynamaq və komandama faydalı olmaq üçün çox çalışıram. Təcrübəli futbolçular mənə daim dəstək olurlar.
- Hazırda təlim-məşq toplanışı davam edir. Toplanış necə keçir?
- Hazırlıq yaxşı keçir, çox yaxşı məşq edirik. Çempionatın başlanmasını səbirsizliklə gözləyirəm.
- Hazırlıq çərçivəsində iki sınaq matçı keçirmisiz və hər ikisində də start heyətində yer almısan. Öz oyunundan, hazırkı formandan razısanmı?
- Həmişə daha yaxşı oynamaq istəyirəm. Hədəflərim böyükdür. Buna görə də çox çalışıram.
- Qarşıdan "Səbail"lə rəsmi matç gəlir. Həmin oyundan nə gözləyirsən?
- "Neftçi" kimi böyük komanda rəqibin kimliyindən asılı olmayaraq, hər matça qələbə qazanmaq üçün çıxır. Komandanın bütün üzvləri hər oyunda qalib gəlmək və çempion olmaq istəyir.
- Azərbaycanın U-21 milli komandasının üzvüsən. Üstəlik, keçən ilin noyabrında ilk dəfə əsas milli komandanın düşərgəsinə dəvət olundun. Meydana çıxmasan da, dəvət olunmağın millinin məşqçilər korpusunun diqqətini cəlb etməyin anlamına gəlir. Necə düşünürsən, milliyə yenə çağırılacaqsan?
- Əsas milli komandada oynamaq ən böyük arzumdur. Azərbaycan xalqını ən yüksək səviyyədə təmsil etmək istəyirəm. Ümid eləyirəm, əsas milli komandaya yenə dəvət alaram və uzun illər bu müqəddəs formanı uğurla tərlədərəm.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)





