İdman

Messi ağır cəzalana bilər - Rəqibi vurduğu üçün

18 Yanvar 2021 12:18
Baxış: 1 206
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın kapitanı Lionel Messini ağır cəza gözləyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İspaniya superkubokunun finalında "Atletik"in oyunçusu Asyer Vilyalibreninin başına arxadan zərbə vuran 34 yaşlı hücumçu Əsasnaməyə görə 4-12 oyunluq cəzalandırıla bilər.

Qarşılaşmanın bitməsinə bir dəqiqə qalmış - 120+1-ci dəqiqədə Messi qırmızı vərəqə alaraq meydandan qovulub. Bu, argentinalı futbolçunun klub karyerasında ilk qırmızı vərəqəsidir.

Qeyd edək ki, "Atletik" final matçının əlavə vaxtında "Barselona"ya 3:2 hesabı ilə qalib gəlib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.