İdman

"İnter" son 4 ildə ilk dəfə "Yuventus"u məğlub etdi

18 Yanvar 2021 07:40
Baxış: 1 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya A Seriyasının 18-ci turu çərçivəsində "İnter" "Yuventusu" qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyun meydan sahibinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Arturo Vidal (12-ci dəqiqə) və Nikolo Barella (52-ci dəqiqə) vurublar.

Beləliklə, 18 turdan sonra "İnter" 40 xalla turnir cədvəlinin ikinci pilləsində, 17 oyun keçirən "Yuventus" isə 33 xalla beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, "İnter" 4 il idi "Yuventus"a qalib gələ bilmirdi. Sonuncu Milan təmsilçisi turinliləri 2016-cı ilin sentyabr ayının 18-də məğlub etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.