Yunan-Roma güləşçilərimiz "Qran-pri"də 8 medal qazandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Fransanın Nitsa şəhərində keçirilən Henri Deqlan "Qran-pri"sinə yekun vurulacaq. Yarışın son günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutub.
Azərbaycan Güləş Federasiyasından Milli.Az-a verilən məlumata görə, 60 kq-da A qrupunda yer alan Murad Məmmədov ilk görüşdə ispaniyalı idmançını elə ilk hissədə tam üstünlüklə məyus edib. Portuqaliyalı rəqibini də cəmi 2 dəqiqəyə üstələyən Məmmədov qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. B qrupundakı təmsilçimiz Murad Bazarov isə debütdə İspaniyanın bayrağı altında çıxış edən erməni güləşçiyə gücünü göstərib. Növbəti görüşdə türkiyəli güləşçiyə məğlub olaraq qrup ikincisi kimi yarımfinala adlayıb. Finalın bir addımlığında yığma üzvləri üz-üzə gəlib və Məmmədov sevinən tərəf olub. Bazarov ispan güləşçini devirərək bürünc medala sahib olubsa, türk həmkarına uduzan Məmmədov gümüş medalla kifayətlənib.
Mübarizəyə 1/4 finaldan qoşulan Namaz Rüstəmov yerli güləşçiyə minimal fərqlə uduzub. 67 kq-dakı digər təmsilçimiz İslambek Dadov Fransanı təmsil edən türk güləşçini vaxtından əvvəl məğlub edərək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında Fransa güləşçisinə minimal fərqlə uduzub. Rüstəmov ilk təsəlliverici görüşdə Avstriya təmsilçisini xalçaya çıxmağa peşman edib. Növbəti qarşılaşmada isə ispan həmkarına heç bir şans tanımayıb. Bürünc medal uğrunda qarşılaşan milli üzvlərinin duelindən isə Dadov qalib ayrılıb.
Sənan Süleymanov ilk mərhələdə gürcü rəqibi üzərində inamlı qələbə qazanıb. Fransanı təmsil edən erməni güləşçiyə də gücünü göstərən pəhləvanımız yarımfinala yüksəlib. Türkiyə güləşçisiylə görüşdə xalların keyfiyyətinə görə qarşı tərəf qalib elan olunub. Sənan gürcü rəqibinə növbəti dəfə qalib gələrək bürünc medalla təsəlli tapıb.
Rafiq Hüseynov qrupdakı ilk qarşılaşmasında avstriyalı güləşçini çətinlik çəkmədən məğlub edib. Türkiyəli pəhləvandan da güclü olan təcrübəli idmançımız B qrupunun qalibi kimi yarımfinala vəsiqə qazanıb. Türkiyənin daha bir təmsilçisini sıradan çıxaran 2 qat Avropa çempionumuz adını finala yazdırıb. Son qarşılaşmada Türkiyənin daha bir nümayəndəsi ilə qarşılaşan Rafiq sonuncu xal prinsipinə əsasən gümüş medalçı olub.
İslam Abbasov ilk görüşdə gürcü həmkarına qalib gəlib. Hollandiya güləşçisi də həmyerlimizin qarşısında duruş gətirə bilməyib. Yarımfinalda ABŞ güləşçisini məyus edən Abbasov finala yüksəlib. Türkiyə güləşçisiylə baş tutan son qarşılaşmadan da üzüağ çıxan İslam fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Murad Lokyayev A qrupunda keçirdiyi ilk görüşdə Fransa idmançısına vaxtından əvvəl qalib gəlib. Lokyayev Polşa güləşçisinə də eyni aqibəti yaşadıb. Avstriya idmançısının da öhdəsindən gələn Murad yarımfinala qrup lideri kimi yüksəlib. Yığma üzvü Avstriya güləşçisini də məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə gürcü rəqibiylə bacarmayan millimizin üzvü gümüş medalı boynundan asıb.
Sabah Şəriəti ilk görüşdə çilili güləşçiyə məğlub olub. Rio Olimpiadasının bürünc medalçısı gürcü rəqibini minimal fərqlə üstələyərək gümüş medala sahib çıxıb.
Beləliklə, yarışda iştirak edən 9 yunan-Roma güləşçimizdən 8-i fəxri kürsüyə qalxıb. Millimiz "Qran-pri"də 1 qızıl, 4 gümüş və 3 bürünc medal əldə edib. Komandamız bu nəticəylə 160 xalla ikinci yeri tutub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
Yamal yaşadığı ağır günləri danışdı: "Atam dəmir yığırdı"
-
U-17 qızlarımızın ilk sınağı ağır məğlubiyyətlə başa çatdı
-
Osimhen 1,2 milyonluq "ferrari"si ilə diqqət çəkdi - (Video)
-
Poqba Toral ilə eyni klubda oynaya bilər
XƏBƏR LENTİ
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
37 yaşlı icra başçısı Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib





