İdman

Silvio Berluskoni xəstəxanaya yerləşdirildi

15 Yanvar 2021 17:59
Baxış: 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın keçmiş baş naziri və "Milan"ın sabiq prezidenti Silvio Berluskoni xəstəxanaya yerləşdirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna 84 yaşlı funksionerin ürək problemləri səbəb olub. Fransada olan Berluskoni Monakoda bir xəstəxanaya yerləşdirilib.
 
Sabiq nazirin həkimi Alberto Zanqrilo xəstənin İtaliyaya aparılmasının təhlükəli olduğunu və bu səbəbdən Monakoda ən yaxın xəstəxanaya yerləşdirildiyini bildirib.
 
Qeyd edək ki, 1986-2017-ci illər aralığında "Milan"a rəhbərlik edən Berluskoni 2017-ci ildə klubu çinli iş adamlarına satıb. O, hazırda İtaliya B Seriyası təmsilçisi "Montsa"nın sahibidir. Həmçinin Berluskoni 2008-2011-ci illər aralığında İtaliyanın baş naziri olub.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.