İdman

PSJ-nin prezidenti cüdoçumuzu mükafatlandırdı

14 Yanvar 2021 14:08
Baxış: 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qətərin paytaxtı Dohada ötən gün keçirilən "World Masters" turnirində çəkisi 78 kq-dan yuxarı olan qadın cüdoçuların mükafatlandırma mərasimində maraqlı an yaşanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, fəxri kürsüyə çıxanlara medalları Fransanın PSJ klubunun prezidenti, qətərli iş adamı Nasser Əl-Xəlafi təqdim edib.
 
Medalçılar arasında Azərbaycan cüdoçusu İrina Kindzerska da yer alıb. Finalda uduzan idmançı gümüş medal qazanıb.
 
Qeyd edək ki, 100 kq-da mübarizə aparan Zelim Kotsoyev də gümüş medal əldə edib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.