İdman

"Borussiya"nın futbolçusu əməliyyat olundu

12 Yanvar 2021 10:11
Baxış: 297

"Borussiya"nın (Dortmund) futbolçusu Aksel Vitsel əməliyyat olunub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə o, özünün "İnstaqram" səhifəsində yazıb:

"Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm! Bu gün uğurlu bir əməliyyat keçirdim. İndi addım-addım bərpa olunmaq üçün  çalışacağam. Daha güclü qayıtmağı hədəfləyirəm. Dostlarımın və ailənin dəstəyi ilə qayıdacağam".

Qeyd edək ki, Vitsel Bundesliqanın 15-ci turunda "Leyptsiq"lə matçda (3:1) zədələnmişdi.

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.