Argentina millisinin sabiq futbolçusu Xavyer Maskeranonun yeni iş yeri bəlli olub.
Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, "Liverpul" və "Barselona" kimi klublarda oynamış yarımmüdafiəçi Argentina Futbol Assosiasiyasında çalışacaq.
O, qurumda yeni vəzifə alıb. 36 yaşlı futbol veteranı Argentina yığmalarının metodologiya və inkişaf departamentinin rəhbəri təyin olunub.
Milli.Az