İdman

Neymar 1-ci, Ronaldo 2-ci, Messi 9-cu oldu

5 Yanvar 2021 19:53
Baxış: 1 090
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

SEMRush portalı  2020-ci ildə "Google"da ən çox adı axtarış verilən peşəkar futbolçuların siyahısını dərc edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, siyahıda ilk pillədə PSJ-nin hücumçusu Neymar yer alıb. Braziliyalı oyunçu ardıcıl ikinci ildir "Google" axtarış sistemində ən populyar oyunçu olub. 2020-ci ildə hücumçu ilə bağlı ayda orta hesabla 482.636 dəfə axtarış olub. "Yuventus" un hücumçusu Kriştiano Ronaldo populyar oyunçular siyahısında orta hesabla 325.909 tələblə ikinci olub.

Neymarın PSJ-dəki komanda yoldaşı Kilian Mbappe hər ay orta hesabla 147 955 dəfə axtarılmaqla altıncı yerdə qərarlaşıb. "Barselona"nın kapitanı Lionel Messi orta hesabla aylıq axtarış müddəti 118.545 dəfə olmaqla 9-cu yerə düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.