İdman

İnzaqinin köməkçisi koronavirusa yoluxdu

3 Yanvar 2021 16:54
Baxış: 598
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya A Seriyasında çıxış edən iki klubda koronavirusa yeni yoluxmalar aşkarlanıb.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, "Spetsiya"nın iki futbolçusu - Matteo Riççi və Cennaro Akamporadan götürülmüş COVİD-19 testləri pozitiv çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçuların bir müddət karantində qalacaqları bildirilib.
 
"Benevento"da üç nəfərin koronavirusa yoluxduğu məlum olub. Klub açıqlamasında iki tibb işçisi, eləcə də baş məşqçi Filippo İnzaqinin bir köməkçisinin COVİD-19 testinin pozitiv çıxdığını bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.