İdman

Teymur Rəcəbov: “Strategiyam belə idi ki, mümkün qədər darıxdırıcı oyun olsun”

2 Yanvar 2021 13:46
Baxış: 1 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Finala yüksəldiyim üçün xoşbəxtəm.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.

Onlayn blits şahmat üzrə "Airthings Masters" turnirinin finalına yüksələn qrossmeyster yarımfinalın Danil Dubovla görüşündəki taktikasına aydınlıq gətirib: "Çalışırdım ki, oyunu bacardığım qədər sakit məcraya daşıyım. Bu da alındı. Mənim matç üçün strategiyam belə idi ki, mümkün qədər darıxdırıcı oyun olsun".

Finalda erməni Levon Aronyanla görüşəcək Teymur rəqibinin oyununa da toxunub: "Levon əvvəllər olduğu kimi yenə əla şahmat nümayiş etdirir".

Qeyd edək ki, turnirin final oyunları bu gün və sabah keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.