İdman

"Tottenhem" - "Fulhem" oyunu təxirə salındı

30 Dekabr 2020 23:05
Baxış: 1 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqası futbol üzrə milli çempionatın 16-cı turunun "Tottenhem" - "Fulhem" matçını təxirə saldı.

Trend İnterfaks-a istinadən xəbər verir ki, səbəb olaraq "Fulhem" komandasında koronavirusun yayılması göstərilir. Oyun bu gün "Tottenhem"in meydançasında keçirilməli idi.

"Fulhem" Premyer Liqaya heyətindən klub üzvlərində koronavirus testlərinin pozitiv hallarının ciddi artımından sonra oyunların keçirilmə qaydasını dəyişdirməsi üçün müraciət edib" - açıqlamada bildirilir.

Xatırladaq ki, İngiltərə Premyer Liqasında "COVİD-19"la bağlı testlər 31 avqust tarixindən başlayaraq hər həftə aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.