Özbəkistanda 2020-ci ilin ən yaxşı baş məşqçisi məlum olub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, gürcüstanlı mütəxəssis Şota Arveladzedir. Bu barədə Özbəkistan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Arveladze ardıcıl 2-ci dəfə Özbəkistanda ilin məşqçisi seçilib.
Qeyd edək ki, Arveladze "Paxtakor"la bu il Özbəkistan kubokunu və Superliqasını qazanıb. 47 yaşlı mütəxəssis bir neçə gün əvvəl klubdan ayrıldığını açıqlayıb.
Milli.Az