İdman

Superliqa klubunda 3 ayda 4-cü baş məşqçi

25 Dekabr 2020 12:34
Baxış: 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Erzurumspor" klubunun yeni baş məşqçisi açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komanda Mesut Bakkala tapşırılıb. 56 yaşlı mütəxəssisin müqaviləsi mövsümün sonuna kimi nəzərdə tutulub. Bakkal bu vəzifədə Hüseyin Çimşiri əvəzləyib.

"Erzurumspor" Superliqada 14 oyundan sonra 9 xalla sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, Bakkal bu mövsüm "Erzurumspor"a təyin edilən 4-cü baş məşqçidir. Mövsümün əvvəlində komandaya Mehmet Altıparmak rəhbərlik edib. Onun istefasından sonra Mehmet Özdileklə müqavilə imzalanıb. Dekabrın əvvəlində isə Özdileki Hüseyin Çimşir əvəzləmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.