"Everton"un futbolçusu Cenk Tosun qış transfer pəncərəsində komandadan ayrılacaq.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 29 yaşlı hücumçunun "Fiorentina"ya keçəcəyi gözlənilir. İtaliya klubu Türkiyə millisinin üzvünü satınalma hüququ ilə icarəyə götürmək istəyir.
Qeyd edək ki, Tosun bu mövsüm Premyer Liqada 4 oyuna çıxıb.
Milli.Az