İdman

Braziliya çempionatının finalında dava düşdü - VİDEO

22 Dekabr 2020 18:39
Baxış: 898
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

17 yaşadək futbolçular arasında Braziliya çempionatının final oyununda kütləvi dava-dalaş düşüb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, qalmaqal "Atletiko Paranaense" və "Fluminense" arasında görüşün ilk yarısının sonlarında başlayıb.

Meydan sahiblərinin futbolçusu rəqib hücumçuya qarşı qayda pozuntusuna yol verib. Ardınca iki oyunçu arasında dava düşüb. Hər iki komandanın üzvləri də onlara qoşulub. Klub nümayəndələri və ehtiyat oyunçular da davadan kənar qalmayıb. Sonda aranı sakitləşdirən hakimlər 9 futbolçuya qırmızı vərəqə verib.

Qeyd edək ki, "Fluminense" 2:1 hesablı səfər qələbəsi ilə çempion adına yiyələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.